AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Trampın qərargahı bəzi KİV-in guya, Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazılıq aparılması barədə yaydığı məlumatı təkzib edib. Bu barədə xəbəri özəl mənbəyinə istinadla «Bloomberg» agentliyi yayıb.
Nəşrin məlumatına görə, respublikaçı Prezidentin nümayəndələri guya, İslandiyada baş tutacaq görüş barədəki bu informasiyanı «yüz faizli yalan» adlandırıblar.
Bundan əvvəl kütləvi informasiya vasitələri (KİV) belə bir xəbər yaymışdılar ki, Donald Tramp ABŞ Prezidenti kimi özünün ilk xarici səfəri çərçivəsində Rusiya lideri ilə Reykyavikdə görüşməyi planlaşdırır. İslandiya Xarici İşlər Nazirliyi isə bu görüşü təşkil etməyə hazır olduğunu bildirsə də, qeyd etmişdi ki, hələlik bu barədə onlara heç bir sorğu daxil olmayıb.

Şərhlər