Menu

Bakıda sərnişin avtobusu qəza törədib

15.01.2017, 13:21

Avtobus qezaBakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Lent.az bildirir ki, Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişməsində (Axundov kitabxanasının qarşısı) “Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə “Mitsubishi Pajero” toqquşub. Nəticədə idarəetmədən çıxan minik avtomobili yolun kənarında dayanmış digər 3 avtomobilə çırpılıb. Avtobus və 4 avtomobil əzilib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol