Menu

Fransa xarici işlər naziri Trampın niyyətini təxribat adlandırıb

15.01.2017, 18:23
Fransa xarici işlər naziri Trampın niyyətini təxribat adlandırıb

Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb və bildirib ki, hadisələrin bu cür inkişafı ən ağır nəticələrə gətirib çıxaracaq. Virtualaz.org-un məlumatına gərə, o bunu “France-3” telekanalının efirində deyib.

Jan-Mark Eyro onu da vurğulayıb ki, ABŞ-da bu məsələ ilk dəfə deyil gündəmdədir: “Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar verməsinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol