Menu

"Sabah tamam fərqli olacaq və o gün yaxındadır” - Netanyahu

15.01.2017, 19:04

benyamin-netanyahu-1İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi ilə bağlı təşkil edilən Paris konfransının məqsədi Tel-Əviv qarşısında qəbuledilməz şərtlər qoymaqdır.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Fələstinlilərlə fransızlar sövdələşərək İsrailin milli maraqlarına uyğun olmayan şərtlər qəbul etdirmək istəyirlər. Fələstinin bu konfrasa qeyri-şərtsiz daxil edilməsi onun mövqeyinin güclənməsinə xidmət edir və regionda sülhün və sabitliyinin bərpasını xeyli gecikdirir. Paris konfransı dünənki dünyanın son nəfəsi idi. Sabah tamam fərqli olacaq və o gün yaxındadır”, – Netanyahu bildirib.

Qeyd edək ki, dünyanın aparıcı media orqanları Netanyahunun çıxışı zamanı söylədiyi son fikirləri ABŞ Prezidenti Donald Trampın vəzifə səlahiyyətlərinin icrası ilə əlaqələndiriblər. (Axar.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol