Menu

Tramp Rusiya ilə bağlı şərtini dilə gətirib

16.01.2017, 09:39

donald-trampAzPllitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp antirusiya sanksiyalarının götürülməsi ehtimalından söhbət açıb. «The Times» nəşrinə verdiyi müsahəbədə o, «nüvə arsenalının əhəmiyyətli və ikitərəfli qaydada azaldılması qarşılığında Rusiyaya qarşı sanksiyaların götürülməsi» ehtimalını irəli sürüb.

Rusiya ilə mümkün sövdələşməyə gedilə bilinməsi barədə sualı cavablandıran Tramp deyib ki, nüvə silahı məsələsi bunun bir hissəsi olmalı, nüvə arsenalı isə sanksiyaların götürülməsi qarşılığında «əhəmiyyətli dərəcədə» azaldılmalıdır.

Yeni seçilmiş Prezident onu da qeyd edib ki, öz vəzifəsinə başlayarkən o, «Rusiya Prezidenti Vladimir Putinə və Almaniyanın kansleri Angela Merkelə inam nümayiş etdirəcək, ancaq «bunun nə qədər davam edəcəyi» barədə düşünəcək».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol