“Düşünürəm ki, Ukraynada prezident seçkiləri keçiriləcək və nəticələri də beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək”.
Bunu AzPolitika.info-ya açıqlamasında Rusiyada Konstruktiv Siyasət Mərkəzinin rəhbəri, politoloq Abdul Nağıyev 25 mayda Ukraynada keçiriləcək növbədənkənar prezident seçkilərinə baş tutub-tutmayacağı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Ukraynada prezident seçkilərindən və yeni hakimiyyətin formalaşmasından sonra, Ukrayna ilə Rusiya arasındakı münasibətlərin yeni mərhələsi başalayacaq:
“Mövcud vəziyyəti nəzərə alaraq, bunun çox gərgin bir proses olduğunu demək olar. Rusiyaya qarşı yönəlmiş beynəlxalq qınaq və təzyiqlər getdikcə artacaq. Rusiyanı sanksiyalar vasitəsi ilə izolyasiyasiya siyasəti daha da genişlənəcək. Təəssüf ki, bu gün baş verənləri geri qaytarmaq mümkün deyil. Qərb artıq Rusiyanın Krımın birləşdirilməsinin əvəzinə nə verəcəyini müəyyənləşdirib”.
Ülkər Musazadə


Şərhlər