Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli dəstək və Uyarlılıq platforması formatlarında təşkil edilən görüşlərinə qatılıb
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanvarın 17-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil edilən görüşlərdə iştirak edib.


Şərhlər