Menu

Nəqliyyat Nazirliyi reyd keçirib - 50-dən çox sürücü cərimələnib

18.01.2017, 14:29

trend_neqliyyat_nazirliyi_ministry_of_transportNəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) əməkdaşları Qax rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni Bakı istiqamətində sərnişin daşınması ilə məşğul olan və vergidən yayınan sürücülər müəyyənləşdirilib.

DANX-ın 6 saylı regional şöbəsinin aparıcı mütəxəssizi Tural Əhmədov "Report"a bildirib ki, reyd zamanı 30-dan çox taksi, 20-yə yaxın marşrut avtobusu və 5 qanunsuz olaraq Bakı istiqamətində sərnişin daşıyan sürücü saxlanılıb. Qayda pozan sürücülər barəsində müvafiq tədbirlər görülüb.

Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol