Menu

Bakıda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb

18.01.2017, 14:39
Bakıda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Mənzildə 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:07-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol