Menu

Funikulyor ödənişli oldu

18.01.2017, 18:46
Funikulyor ödənişli oldu

9 aylıq fasilədən sonra Bakı Funikulyoru fəaliyyətini bərpa edib.

Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov istipress-ə açıqlamasında bildirdi ki, keçən müddət ərzində funikulyorun həm binasında, həm də qatarların hərəkət etdiyi yolda yeniləmə işləri həyata keçirilib. Relslər və digər qurğular yenilənib.

Funikulyor yenidən fəaliyyətə pullu olaraq başlayıb. Ondan istifadə paytaxt sakinləri və qonaqlara 50 qəpiyə başa gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol