Menu

Türkiyədə ölənlərin sayı 245 nəfərə çatdı

14.05.2014, 23:00
Türkiyədə ölənlərin sayı 245 nəfərə çatdı

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 245 nəfərə çatıb.

Bu barədə aşıqlamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız verib.

T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 120 nəfər dağıntılar altındadır.

Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Qeyd edək ki, partlayışla bağlı ölkədə üç günlük matəm elan edilib və bu səbəbdən ölkə ərazisində bayraqlar yarıya endiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol