Menu

Ağcabədidə ana və körpə doğuş zamanı öldü

19.01.2017, 12:01
Ağcabədidə ana və körpə doğuş zamanı öldü

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində daxil olub. Doğuş zamanı əvvəlcə ana daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol