Menu

Rusiyalılar Ermənistana daxili pasportla gələcəklər

19.01.2017, 21:37
Rusiyalılar Ermənistana daxili pasportla gələcəklər

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bundan sonra Rusiya vətəndaşları Ermənistan adlandırılan əraziyə daxili pasportla gələ biləcəklər.

Hökumət, rusiyalıların daxili pasportla Ermənistana səyahət etmələri barədəki təşəbbüsü bəyənib. Bu barədə üzdəniraq «Ermənistan respublikası» daxili işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərə bəyan edib. Xəbəri «Aysor» nəşri yayıb.

Onun sözlərinə görə, rusiyalılar üçün bu imkan artıq yayda meydana gəlmiş olacaq. Həmin vaxta gədər bütün prosedurlar başa çatdırılacaq.

Köçəryan qeyd edib ki, uyğun notaların mübadiləsindən sonra iki ölkə bütün dövlətdaxili prosedurların sona çatması barədə bir-birini məlumatlandırmalıdır.

Redaksiyadan: «Ermənistan Respublikası» sözbirləşməsini üzdəniraq yazdıq. Bu, bir təşəbbüsdür və bütün həmkarlarımızı bu təşəbbüsə qoşulmağa dəvət edirik. Belə ki, hazırkı «Ermənistan Respublikası» deyilən dövlət tarixi Azərbaycan torpaqlarında, Rusiya tərəfindən «təsis olunub». Bu təcavüz Azərbaycan bolşeviklərinin xəyanəti sayəsində baş tutub...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol