Menu

Biləsuvarda 48 yaşlı kişi su kollektorunda boğularaq ölüb

19.01.2017, 19:28

bogulmaBiləsuvar rayonunda 48 yaşlı kişi su kollektorunda boğularaq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Mirbəşir Qasımov küçəsinin sakini Saleh Əlihüseyn oğlu Nəsirov Çaylı kəndində fermanın yaxınlığındakı su kollektorunda boğulub. Mərhumun meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol