Menu

Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı ölü tapılıb

19.01.2017, 20:21
Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı ölü tapılıb

Müğənninin yanmış cəsədi Rio-de-Janeyro ştatında şəxsi avtomobilində aşkar edilib

Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı Loalva Braz ölü tapılıb.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, müğənninin yanmış cəsədi Rio-de-Janeyro ştatında şəxsi avtomobilində aşkar edilib.

Polis əməkdaşları hadisəni qətl kimi araşdırır.

Ölümündən bir qədər əvvəl Loalva Brazın evində iki naməlum şəxsin görüldüyü bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol