Menu

Siqaretlər bahalaşdı

21.01.2017, 12:53
Siqaretlər bahalaşdı

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

Siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur.

Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.

Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir. /"APA-Economics"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol