AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, 80 illik yubileyi münasibətiə Tatarstan Respublikasının ilk Prezidenti Mintimer Şaymiyevi təbrik edib və ona Hollandiyalı kartoqraf Villem Blaunun 17-ci əsrdə çəkmiş olduğu «qədim Tatariya» xəritəsini bağışlayıb. Bu barədə xəbəri, Kremlin mətbuat xidməti yayıb.
Xəritədə, Volqadan və Xəzər dənizindən tutmuş, Şərq okeanına qədər uzanıb gedən nəhayətsiz Avrasiya təsvir olunub. Bu tarixi sənəddə Sibir, Orta Asiya və Uzaq Şərq böyük tatar xanının hakimiyyəti altındadır. Xəritədə həm də Rusiya çarlığının, Persiyanın, Böyük Moğol və Çin xanlıqlarının sərhədyanı əraziləri əksini tapıb. Sənədin müəllifi Blau Hollandiyanın Ost-Hindistan şirkətində çalışıb.
«Kommersant»ın yazdığına görə, görüşdən əvvəl müşahidəçilər istisna etmirdilər ki, Şaymiyev Moskva və Kazan arasında müqavilə münasibətlərinin vaxtının uzadılması məsələsini Putinlə müzakirə edə bilər.
Mintimer Şaymiyev - Tatarstanın ilk Prezidentidir. O, 12 iyun 1991-ci ildən 25 mart 2010-cu ilə qədər Respublikaya rəhbərlik edib. 2010-cu ildən o, Tatarstanın dövlət müşaviridir. Şaymiyev «Vətən qarşısında xidmətlərinə görə» ordeninin daşıyıcısıdır. Yanvarın 20-də Mintimer bəyin 80 yaşı tamam olub.


Şərhlər