Menu

Obama uzaqlaşdırmışdı, Tramp ilk gündən geri gətirdi - FOTO

21.01.2017, 17:04

Ekspertlər Trampın bu hərəkətini bir mesaj olaraq dəyərləndirirlər

600@0

ABŞ prezidenti Donald Tramp ilk iş günündə imzaladığı fərmanlarla yanaşı, iş otağı olan “Oval Ofis”də də bəzi “dekorativ” dəyişikliklər edib.

İstiPress-in “HaberTürk”ə istinadən verdiyi xəbərə görə, 2009-ci ildə Barak Obamanın ofisdən uzaqlaşdırdığı İngiltərənin keçmiş baş naziri Uinston Çörçilin büstünü Tramp yenidən “Oval Ofis”ə gətirib.

Obama büstü Martin Lüter Kinq və Avram Linkolnun büstlərinin olduğu otağa qoydurubmuş. Ekspertlər Trampın büstü iş otağına qaytarmasını bir mesaj olaraq dəyərləndirirlər.

ABŞ prezidentinin qarşıdan gələn cümə axşamı günü İngiltərə baş naziri Tereza Mey ilə Vaşinqtonda görüşü gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol