“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti FIFA-nın texniki inkişaf üzrə direktoru Marko van Bastenin futbolda bir sıra qayda dəyişikliyi, əsasən də ofsaydın ləğvi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.
Qol.az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, məsələ ilə əlaqədar van Bastenin özüylə telefonla danışıb:
“Ona dedim ki, ofsaydsız futbol artıq futbol deyil, başqa bir idman növü olacaq. Əgər onlar (FIFA-dakıları nəzərdə tutur – red.) başqa idman növü yaraymaq istəyirlərsə, bunu bizə desinlər. Ofsaydla bağlı qaydanı dəyişmək çox çətindir. Mən yeni qaydaların əleyhinə deyiləm. Amma ilk növbədə onları testdən keçirmək lazımdır”.

Şərhlər