Menu

Trampın kəşfiyyat sevgisi

22.01.2017, 11:42

donald-trampAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) çıxışı zamanı kəşfiyyat xidmətlərinə məhəbbətini etiraf edib.

«Heç kim kəşfiyyat cəmiyyətlərinə və MKİ-ə Donald Tramp qədər güclü hisslər keçirmir. Mən, sizi sevirəm, mən sizə hörmət edirəm, heç kim sizə məndən artıq hörmət etmir» - deyə, Prezident bəyan edib.

Tramp onu da əlavə edib ki, dünyada mövcud olan ən qeyri-səmimi (yalançı - red.) adamlarla - jurnalistlərlə mübarizə aparır. Onlar MKİ ilə Tramp arasında mövcud olmayan düşmənçilik obrazı yaratmağa cəhd göstərdilər.

Çıxışı zamanı Tramp Mayk Pompeonun MKİ-nin başçısı postuna namizədliyini yüksək qiymətləndirdiyini dilə gətirib və «İŞİD və radikal islamçılığı yer üzündən silməyə» çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol