Menu

Qadınların antitramp marşı 

22.01.2017, 12:22
Qadınların antitramp marşı 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın hər yerində ABŞ Prezidenti Donald Trampın əleyhinə kütləvi aksiyalar keçirilməkdədir.

ABŞ Prezidentinin inauqurasiyasından bir gün sonra minlərlə insan yürüşə çıxıb. Şənbə günü bir sıra ölkələrdə Tramp əleyhdarlarının manifestasiyası baş tutub. Aksiyalar «Qadınların marşı» adı altında keçirilib.

Avstraliyada 3 minə yaxın insan Tramp əleyhinə «qadın marşı»na çıxıb. ABŞ Prezidentini seçkiqabağı kampaniya zamanı dəfələrlə «seksizm»də ifşa ediblər. Məsələn, «miss Kainat - 2002»-ni gömbul adlandırırıq, birbaşa efirdə onu necə ələ saldığını Trampın yadına salıblar.

Onun vitse-prezidenti Makl Pens də abortların əleyhdarı kimi məşhurdur və homoseksualların elektroşokla müalicəsini dəstəkləyib.

Uyğun marşa Yeni Zelandiyada 2 minə yaxın insan qatılıb.

Londonda baş tutan «Qadınların marşı»nda on minlərlə insan iştirak edib. Burada şüarlardan biri belə səslənib «Sufrajistlər Trampa qarşı». İştirakçılar eyni zamanda, irqi bərabərliyi, əlçatan səhiyyəni və abort hüququnu dəstəkləyiblər. Hətta Londonun meri Sadik Xan da manifestasiyada iştirak edib.

İtaliyada Rotonda meydanında «Qadınların marşı» məşhur Panteon (Roma) qarşısında toplaşıb. «Tramp - mənim prezidentim deyil», «Divarlar yox, körpülər», «İnsan irqləri mövcud deyil» - kimi şuarlarla, yüzlərlə italiyalı küçəyə çıxıb. Florensiyada da eyni aksiya baş tutub.

«Aftonbladet» qəzetinin yazdığına görə, Stokholmda bir neçə min insan etiraza çıxıb. Onlar şəhərin mərkəzində toplaşıb, sonra isə ABŞ səfirliyinə doğru hərəkət ediblər. Etirazçılar əllərində «Keyfiyyətli kişilər bərəbərhüquqluluqdan qorxmurlar», «Bizim hüquqlarımızdan əl çək» kimi transparantlar gəzdiriblər.

Fransada Parisli mitinqçilər paytaxtın rəmzi sayılan Eyfel qülləsinin kəndarına qədər hərəkət ediblər. «BFM-TV» xəbər verib ki, adi plakatlar və ABŞ bayraqlarından başqa, bəziləri əllərində anarxistlərin qara bayraqlarını də gəzdiriblər.

Antitramp nümayişləri Dublində də keçirilib. Yerli KİV-n məlumatına görə, aksiya şəhərin mərkəzində hərəkəti iflic edib.

Riqada keçirilən antitramp marşında 200-ə qədər qadın iştirak edib.

Qadınların hüquqları uğrunda aksiyalar ABŞ-n bir çox şəhərlərində də keçirilir. Onlardan ən böyüyü Vaşinqtonda baş tutub. Burada 200 min insan küçəyə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol