Menu

Şamaxıya yagan qar magistral yolda çətinliklər yaradıb

22.01.2017, 23:11
Şamaxıya yagan qar magistral yolda çətinliklər yaradıb

Avtomobil yolunun enişli-yoxuşlu olması nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub

Axşam saatlarında Şamaxı rayonuna yagan qar səbəbindən magistral yolda avtomobillərin hərəkətində problemlər yaranıb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonunun Muğanlı və Şərədil kəndlərindən keçən hissəsində hərəkət edən nəqliyyat vasitələri maneələrlə üzləşiblər.

Ərazidəki avtomobil yolunun enişli-yoxuşlu olması bəzi nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Əraziyə "Azəravtoyol" ASC-nin Şamaxı və Ağsu rayon idarələrinin qartəmizləyən texnikaları cəlb edilib və yolların qardan təmizlənməsinə başlanılıb.

Hazırda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol