Menu

Gülər Əhmədova siyasətə qayıdır? - "Lənət şeytana, hələ söz vermişdim..."

23.01.2017, 11:22
Gülər Əhmədova siyasətə qayıdır? - "Lənət şeytana, hələ söz vermişdim..."

Keçmiş deputat Gülər Əhmədova Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə çağıranlara qarşı sərt ifadələr işlədib.

O, bu barədə facebook səhifəsində yazıb:

“Yerə soxum sizi! Gedin Gürcüstanda qrantları oğru pişiklər kimi alın,guya Azərbaycanı çox istəyirsiniz. Avropaya da deyin ki, Azərbaycanla işləmə! "Əladır!" Avropanı neynirsiniz, Afrika yaxşıdır. Tupoylar. Siz demokrat deyilsiniz eee, xırda pula satılan lakeylərsiniz. Lənət şeytana, hələ söz vermişdim ki, siyasətlə işim yoxdur, Allah şeytana lənət etsin!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol