Snayper qadın və uşaqlara pulemyotla atəş açmağa hazırlaşan İŞİD teröristini başından hədəf alıb.
"AzPolitika.info" xəbər verir ki, L115A silahından çıxan - 338 Lapua Magnum gülləsi, terroristin başını deşib keçdikdən sonra iki İŞİD-çini daha məhv edib.
"The Daily Star Sunday" qəzetinə danışan ordu qaynaqları, İraqda SAS komandoslasının müşahidəsi zamanı, pulemyot istifadə edən bir İŞİD-çi terroristin, uşaq və qadınlardan ibarət olan izdihama atəş açmağa hazırlaşdığı vaxt kəskin nişançının dövrəyə girdiyini ifadə edib.
1800 metr məsafədən pulemyot başındakı terroristi başından vuran kəskin nişançı, 338 Lapua Magnum gülləsindən istifadə edib. L115A silahından açılan atəş, pulemyot başındakı İŞİD-çinin başını deşib keçib, arxasındakı terroristin sinəsinə dəyib. İkinci terroristin də bədənini deşib keçən güllə, divara dəyərək geri qayıdıb və bir başqa İŞİD-çinin boynuna girib.
Hərbi qaynaqlar, ilk iki İŞİD teröristinin anında öldüyünü, üçüncü terroristin isə bir müddət yaşadığını bildiriblər. SAS kəskin nişançısının silahını işə salmasıyla əvvəl kimsə nə olduğunu anlamayıb, dəqiqələr içində SAS qrupu İŞİD-çilərin yaşadığı binaya girəndə terroristləri yerdə yararsız vəziyyətdə görüblər.
AzPolitika.info


Şərhlər