Bu gün Qaradağ rayon 19 saylı xəstəxanada baş vermiş intahar hadisəsinin səbəbi məlum olub.
Bu xəstəxanada çalışan kiçik tibb bacısı Svetlana İbrahimovanın əməkdaşımıza verdiyi məlumata görə, intahar edən Samir Qurbanov tüfeyli həyat tərzi yaşayan şəxs olub. S.İbrahimova bildirib ki, S.Qurbanov 19 yanvar gecə 21: 45 radələrində Bayıl ərazisində küçədən içkili vəziyyətdə xəstəxanaya təcili yardım işçilərinin vasitəsi ilə daxil olub.
"Səhərə kimi öz-özünə danışırdı. Sayıqlayırdı ki, "görmürsən, Pavlov məndən əl çəkmir". Tibb işçilərindən spirt istəyirdi. Pəncərəyə tərəf gedir, cəhd edirdi ki, qaçsın. Dörd gün xəstəxananın ışçiləri səhərə kimi onu gözləmişik ki, birdən özünü atar. Bu gecə diqqətdən yayınaraq, özünü atıb. Əməkdaşlarımız mane ola bilməyiblər".
Tibb bacısının bildirdiyinə görə, 46 yaşlı Samir Qurbanovun heç kimi yoxdur, kimsəsizdir.
Kəmalə Kərimli

Şərhlər