Menu

Siqaretdən istifadə məhdudlaşdırılır

23.01.2017, 14:47
Siqaretdən istifadə məhdudlaşdırılır

Azərbaycanda uzun zamandır müzakirəsi ləngiyən tütün məmulatlarının istifadəsinin bir çox yerdə qadağan edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib.

Qanun layihəsində tütün məmulatlarından istifadənin bir çox yerdə qadağan olunmasına dair müddəalar əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol