AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikasında (ÇXR) 19 binanı cəmi 10 saniyə ərzində partladıblar. Partlayıcı maddə təqribən, 120 «nöqtə»yə qoyulub. Bunun üçün 5 tona yaxın trotil lazım gəlib.
Bu qeyri-adi iş Çinin mərkəzi hissəsi sayılan Xubey əyalətinin Uxan şəhərində həyata keçirilib. Xəbəri «Daily Mail» yayıb.
Nəzarət edilən partlayış 5 ton trotil hesabına təşkil olunub, patlayıcı obyektin daxilindəki 120 «nöqtə»yə yerləşdirilib. Bunun sayəsində yerli hakimiyyət 12 mərtəbəli binaların cərgəsindən yaxa qurtarıb.
Partladılmış binaların yerində 707 metrlik bina inşa olunacaq. Ərazidə həm də «işgüzar kvartal» yerləşəcək.


Şərhlər