Menu

Türkiyə klubu Robert Prosineçki ilə maraqlanır

23.01.2017, 18:50

prosineckiTürkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə maraqlanır.

"Report"un bursa.com-a istinadən verdiyi məlumata görə, bu məqsədlə klubun futbol şöbəsinin müdiri Yüksel Çolak Bakıya gəlib.

Onun xorvatiyalı mütəxəssislə görüşəcəyi bildirilir.

Yanvarın 21-də Hamza Hamzaoğlu ilə yollarını ayıran "Bursaspor rəhbərliyi komandanı əcnəbi baş məşqçiyə tapşırmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz "Bursaspor"da çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol