Menu

Parisdə pilotsuz elektrik avtobusları göründü!

24.01.2017, 18:19
Parisdə pilotsuz elektrik avtobusları göründü!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Parisdə pilotsuz elektrik avtobusları görünməyə başlayıb.

Hələlik belə avtobusların sayı iki ədəddir. Əgər layihə uğurlu olsa, Fransa paytaxtının hakimiyyəti bu növ nəqliyyatı inkişaf etdirməyə hazır olduğunu bildirib. Sınaqların nəticələri 3 aydan sonra yekunlaşdırılacaq.

Avtobuslar iki vağzal arasındakı marşrut üzrə - Parisin 13-cü dairəsindəki Lion v Austerlits vağzalları arasında hərəkət edirlər.

Onlar 12 nəfərə qədər sərnişin daşıya bilir və digər nəqliyyatın olmadığı, əvvəlcədən müəyyən olunmuş xətt üzrə hərəkət edir. Son mənzilə çatan avtobuslar dönüş etmədən, funikulyor kimi geriyə qayıda bilirlər.

Şəhər hakimiyyəti gələcəkdə belə avtobuslarla Paris ətrafındakı kiçik şəhərləri paytaxtla birləşdirən şəhərətrafı qatarları əvəzləməyi düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol