Menu

“Tərəflər səylərimizin xeyirli olduğuna inananadək...” - Amerikalı həmsədr

25.01.2017, 12:34
“Tərəflər səylərimizin xeyirli olduğuna inananadək...” - Amerikalı həmsədr

“Tərəflər səylərimizin xeyirli olduğuna inananadək biz münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçiliyimizi davam etdirəcəyik”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Xoqland bildirib.

“Biz beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, xüsusi ilə ərazi bütövlüyü, öz müqqədəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanan uzunmüddətli tənzimlənməyə yönəlmiş danışıqları təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə həmsdər vurğulayıb.

R.Xoqland deyib ki, münaqişənin həllində tərəflərin liderlərinin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol