Menu

Fransada milyarder Rotşildin malikanəsi qarət olunub

25.01.2017, 12:51
Fransada milyarder Rotşildin malikanəsi qarət olunub

Yanvarın 24-dən 25-nə keçən gecə Sena və Marna (Parisin şərqi) departamentində milyarder Eduard de Rotşildin malikanəsi qarət olunub. Bu barədə “Europe1” radiostansiyası məlumat yayıb.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, naməlum şəxslər böyük malikanəyə girib və oradan çoxlu qiymətli şeylər aparıblar. Oğurlanan məbləğ aşıqlanmır.

Eduard de Rotşild “Rothschild & Cie” bankının müşahidə şurasına rəhbərlik edir. O, həmçinin Parisin nüfuzlu “Liberation” qəzetinin sahiblərindən biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol