Menu

Finlandiya Putin-Tramp görüşünü təşkil etməyə hazırdır

25.01.2017, 15:29

tramp putinAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiya Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Bu barədə ölkənin Baş naziri Yuxa Sipilya bəyan edib.

«Əgər siyasi vəziyyət buna imkan versə, biz Arktika sammiti çərçivəsində belə görüşü təşkil etməyə hazırıq» - deyə, hökumət başçısı bildirib. O, həm də əlavə edib ki, hal-hazırda belə görüşün baş tuta biləcəyi barədə daha dəqiq informasiya yoxdur.

Yanvarın 21-də RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya lideri Trampla görüşməyə hazırdır. Ancaq görüşə hazırlıq üçün aylar lazım gələcək. O, əlavə edib ki, mümkün görüşün yeri və vaxtı barədə hələlik hər-hansı aydınlıq yoxdur.

Finlandiya bu görüşün təşkili barədə hələ ötən ilin dekabrında təşəbbüs göstərmişdi. O zaman Finlandiyanın xarici işlər naziri Aleksi Hyarkonen bəyan etmişdi ki, əgər beynəlxalq vəziyyət imkan verərsə, 2017-ci ildə Rusiya və ABŞ liderləri Arktika şurası sammiti çərçivəsində görüşə bilərlər. 2017-ci ilin mayında Finlandiya bu təşkilatın (AŞ) sədri olacaq.

Məlumat üçün bildirək ki, Arktika şurasına 8 ölkə daxildir: Finlandiya, Rusiya, ABŞ, Kanada, Danimarka, İslandiya, Norveç və İsveç. Daha 12 ölkə isə müşahidəçi statusuna malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol