Menu

SİQARET MAFİYASI "AT OYNADIR" - Qiymətlər yenə bahalaşdı

25.01.2017, 23:07
SİQARET MAFİYASI "AT OYNADIR" - Qiymətlər yenə bahalaşdı

Paytaxt mağazalarında "Kent" markalı siqaret "göyə uçub"

"AzPolitika.info" xəbər verir ki, hazırda paytaxt mağazalarında siqaretlər yeni qiymətlərlə satılır. Siqaretlərin qiymətində orta hesabla 20-50 qəpik artım müşahidə olunur. "Kent" markalı siqaret isə sözün əsl mənasında "göyə uçub". Satıcılar bildirir ki, qiyməti son olaraq 2.50 manata satılan "Kent" markalı siqaretin yeni qiyməti 3 manat olub. Amma siqaretlərin nağd satışı qadağan olunduğu üçün siqareti firmalardan almaqda çətinlik çəkirlər.

Mağaza sahibləri isə, bazara nəzarətin olmadığından şikayətlənirlər.

Nəzərinizə çatdıraq ki, "West" kompakt da 20 qəpik bahalaşaraq 2 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol