Menu

Yeddi yaşlı hələbli qız Trampa məktub yazıb

26.01.2017, 01:13

donald-tramp-1AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, hal-hazırda Türkiyədə yaşayan hələbli qaçqın - 7 yaşlı qız Bana Alabed ABŞ Prezidenti Donald Trampa məktub yazıb. Bana ailəsi ilə birlikdə Hələbdən ötən ilin dekabrında qaçıb.

Məktubda deyilir:

«Əziz Donald Tramp! Mənim adım Bana Alabeddir. Mən, Hələbdən olan 7 yaşlı Suriyalı qızcığazam. Bütün həyatımı Suriyada yaşadım. Ötən ilin dekabrında mühasirədə olan Şərqi Hələbdən getdim. Mən Suriyadakı müharibədən zərər çəkmiş uşaqlardanam.

Hazırda mən, Türkiyədəki yeni evimdə sülh şəraitində yaşayıram. Mən, Hələbdə məktəbə gedirdim, ancaq onu bombalayıb dağıtdılar. Mənim bəzi dostlarım həlak oldu. Mən onlara görə çox məyus oluram. Çox istərdim ki, indi onlar mənimlə olsunlar və biz birikdə oynaya bilək. Mən Hələbdə oynaya bilmədim - ora ölüm şəhəri idi.

Hazırda Türkiyədə mən küçəyə çıxa və sevinə bilirəm. Mən məktəbə gedə bilərəm, amma hələ başlamamışam. Məhz bu səbəbdən dolayı sülh hər kəs üçün, o cümlədən, sizin üçün, çox vacibdir.

Amma milyonlarla suriyalı uşaq hazırda mən yaşdığım kimi yaşaya bilmir və Suriyanın müxtəlif bölgələrində əzab çəkir. Onlar, yaşlıların etdiklərindən əzab çəkirlər.

Mən bilirəm ki, Siz Amerikanın Prezidenti olacaqsınız. Xahiş edirəm, Suriyada uşaqları və xalqı xilas edin. Siz Suriyalı uşaqlar üçün nə isə etməlisiniz. Çünki onlar elə sizin uşaqlar kimidirlər və sizlər kimi sülh şəraitində yaşamaq hüququna malikdirlər.

Əgər Siz, suriyalı uşaqlar üçün nə isə etməyə söz versəniz, mən Sizin yeni dostunuz olacam.

Mən, Sizin Suriyadakı uşaqlar üçün nə isə etdiyinizi görmək istəyirəm…»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol