"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib. Avrofutbol.com-un məlumatına görə, bu gün klub prezidenti Mais Mənsimovla görüşən türkiyəli mütəxəssis komandadan uzaqlaşdırılıb.
Belə ki, dünən keçirdiyi mətbuat konfransında komanda da qalacağını bildirən Mustafa Dənizli Mais Mənsimov tərəfindən klubdan göndərilib.
Mais Mənsimov onunla çalışa bilməyəcəyini Mustafa Dənizlinin diqqətinə çadırandan sonra, türk məşqçi istefa verib.


Şərhlər