Menu

Sığorta şirkətində İdarə Heyətinin sədri istefa verdi

26.01.2017, 13:42
Sığorta şirkətində İdarə Heyətinin sədri istefa verdi

“Gunay Insurance” ASC sığorta şirkətinin İdarə Heyətinin sədri Qənbər Suvanverdiyev öz vəzifəsini tərk edib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumata görə, Q.Suvanverdiyev vəzifədən öz istəyi ilə ayrılıb. Onun başqa sahədə fəaliyyətini davam etdirmək niyyətində olduğu bildirilib.

Hazırda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini Kənan Əsgərov icra edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol