Menu

Tramp MKİ-nin «gizli həbsxana»larını bərpa etmək istəyir

26.01.2017, 15:33

donald-tramp-1AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) «gizli həbsxana»larını bərpa etmək qərarına gəlib.

«Nyu-York Tayms» qəzetinin yazdığına görə, Tramp artıq bu barədə uyğun sərəncam hazırlayıb, ancaq hələ onu imzalamayıb. Amerika kəşfiyyatı xaricdəki həbsxanalarını yenidən aça bilər. Bu həbsxanalarda terrorçuluqda şübhəli bilinənlər saxlanacaq.

Bundan başqa, elə həmin sərəncamda deyilir ki, ələ keçirilmiş terrorçuları, o cümlədən, «İslam dövləti» qruplaşmasının üzvlərini saxlamaq üçün Pentaqon, Quantanamodakı həbsxananın istifadəsini bərpa etməlidir.

«Gizli həbsxana»lar Proqramı sabiq Prezident Barak Obamanın dövründə dayandırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol