Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün 2017-cı il yanvarın 26-da xüsusi əməliyyat keçirilib.
Bu barədə "Report" Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silahdan istifadə olunmaqla məhv edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
* * *
Bakının Yasamal rayonu ərazisində üzərində odlu silah yaraları olan kişi meyiti aşkar olunub.
"Report" xəbər verir ki, "Kaktus" restoranı yaxınlığında tapılan meyitin Ocaqov Ceyhun İslam oğluna məxsus olduğu müəyyən edilib.
Müayinə zamanı meyitin baş nahiyəsində bir, bədən hissəsində isə iki güllə yarası aşkar edilib.
Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Şərhlər