Menu

Ərdoğan Trampla görüşmək istəyir

27.01.2017, 12:49
Ərdoğan Trampla görüşmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Dövlət başçısı qeyd edib: "Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq".

Bundan başqa, R.T.Ərdoğan amerikalı həmkarı ilə Fəthullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək istədiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol