Menu

Daha 5 idarəyə rəis təyin olundu - SİYAHI

27.01.2017, 13:52
Daha 5 idarəyə rəis təyin olundu - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyinin daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunub.

Bu barədə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol