Bakının "Sovetski" kimi tanınan ərazisində güclü yanğın tam söndürülüb.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata, nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib.
1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər də xilas edilərək xəstəxanaya çatdırılıb.
* * *
[gallery columns="6" ids="290137,290138,290139,290140,290141,290142"]
Görüntülər "Trend"ə aiddir
* * *
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
* * *
“Sovetski”də baş verən yanğında bir qadın tüstüdən zəhərlənib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
* * *
Bakıda Sovetski kimi tanınan ərazidə bir neçə ev yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən "Report"a bildiriblər ki, yanğın Akademik Milli Dram teatrın arxasında yerləşən binada baş verib. Hava şəraiti ilə əlaqədar alov qonşu mənzillərə keçməyə başlayıb.
Əraziyə FHN-in 10 yanğın söndürən maşını və onlarla canlı qüvvəsi cəlb edilib. Alovun qarşısının alınması istiqamətində iş aparılır.


Şərhlər