Menu

ZAKİR HƏSƏNOV SƏFƏR ƏBİYEVİN GƏNC GENERALINI "VURDU" - Ayaz Həsənov da vəzifədən götürüldü

16.05.2014, 18:44
ZAKİR HƏSƏNOV SƏFƏR ƏBİYEVİN GƏNC GENERALINI "VURDU" - Ayaz Həsənov da vəzifədən götürüldü

 Azərbaycanda korpus komandiri işdən çıxarılıb. APA-nın məlumatına görə, Beyləqan Hərbi Birləşməsinin komandiri, general-mayor Ayaz Həsənov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya A. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, Ayaz Həsənov dünən həbsi xəbəri yayılan Mahmud Həmzəyevdən sonra bu vəzifəyə təyin olunmuşdu. O, vaxtilə M.Həmzəyevin maddi-texniki məsələlər üzrə müavini vəzifəsində də işləmişdi. Mümkündür ki, M.Həmzəyevlə bağlı istintaqın bir ucu da Ayaz Həsənova gedib çıxıb.

Ayaz Həsənov Azərbaycanın ən gənc generallarından biridir. Onun karyera yüksəlişində Səfər Əbiyevin müstəsna rolu olmuşdu. Keçmiş nazir A.Həsənova 32 yaşında polkovnik rütbəsini verərək korpus komandirinin müavini təyin etmişdi. Bir neçə il sonra isə korpus komandiri vəzifəsinə irəli çəkdi və general-mayor rütbəsinə təqdimat verdi.

İstisna deyil ki, məhz Səfər Əbiyevlə bu yaxınlığına görə yeni nazir Ayaz Həsənovu "vurdu".

Vaqif Nəsibov

"Azpolitika"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol