Menu

Azərbaycandan Ümrə ziyarətinə ikinci qrup gələn ay yola düşəcək

28.01.2017, 16:16

Hecc_ziyaretiZiyarətin qiyməti müvafiq olaraq 1 550 və 2 230 ABŞ dolları təşkil edir

Fevralın 2-də Azərbaycandan Ümrə ziyarətini yerinə yetirmək üçün ikinci qrup yola düşəcək.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, ikinci qrupda 70 nəfər yer alıb: "Onlar on gün müddətində ziyarətlərini başa vuracaqlar".

Qeyd edək ki, Ümrə ziyarətinə gedənlər müvafiq olaraq 1 550 və 2 230 dollar vəsait ödəyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol