Menu

Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib

28.01.2017, 18:26
Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Qasımzadə Rövşən Ələsgər oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin may ayında ona qarşı dələduzluq edilib. R.Qasımzadə qeyd edib ki, 1977-ci il təvəllüdlü Mahmudov Araz Ucal oğlu onu aldadaraq 30 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol