Menu

Bakıda piyada 3 avtomobilin toqquşmasına səbəb oldu

28.01.2017, 18:28
Bakıda piyada 3 avtomobilin toqquşmasına səbəb oldu

Bakıda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə Nəsimi rayonu, Tbilisi prospektində qeydə alınıb.

"Report" xəbər verir ki, BMW markalı avtomobilin sürücüsü hərəkətdə olarkən piyadanın qəfildən yola çıxması səbəbindən əyləcdən istifadə edib. Nəticədə “Hyundai” markalı avtomobil arxadan BMW-yə çırpılıb. “Mercedes” markalı avtomobil isə hər iki maşına çırpılıb.

Bundan sonra sürücülərlə piyada arasında mübahisə yaranıb, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol