Menu

İran Trampın qərarına bunun «güzgü əksi» ilə cavab verəcək!

29.01.2017, 00:36

iran-_flag_tehran_030415AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bü ölkəyə İran vətəndaşlarının və ümumiyyətlə, müsəlmanların girişinin məhdudlaşdırılması barədə qərarına İran hakimiyyəti bunun «güzgü əksi» ilə cavab verəcək.

Ba barədə İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunur. Bununla yanaşı, nəzərə çatdırılır ki, İran hökuməti Amerika xalqına hörmətlə yanaşır və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayrı tutur.

Bəyanatda qeyd olunur ki, ABŞ administrasiyasının bu addımı bütün islam dünyası üçün «açıq təhqirdir».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol