Menu

Şəmkirdə kütləvi dava: iki əmi oğlu xəsarət aldı

29.01.2017, 11:10
Şəmkirdə kütləvi dava: iki əmi oğlu xəsarət aldı

Şəmkirdə kütləvi dava olub.APA-nın verdiyi məlumata görə, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini, 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu, 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol