Menu

Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə istirahət edəcək - Azərbaycanın hesabına

29.01.2017, 14:09
Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə istirahət edəcək - Azərbaycanın hesabına

Bu barədə iki ölkə arasında razılıq əldə olunub

Ukraynadan olan 40 hərbçi uşağı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz "Facebook" səhifəsində yazıb.

O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.

"Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm", - deyə qubernator söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol