Menu

Dimitri Payet 25 milyon avroya "Marsel"ə transfer olunacaq

29.01.2017, 18:52
Dimitri Payet 25 milyon avroya "Marsel"ə transfer olunacaq

Vest Hem Fransa klubu ilə razılığa gəlib

İngiltərənin "Vest Hem" futbol klubu yarımmüdafiəçi Dimitri Payetin 25 milyon avroya "Marsel"ə (Fransa) transferinə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Biz Payetin 25 milyon avroya "Marsel"ə satılması barədə razılığa gəldiyimizi təsdiq edirik", - deyə məlumatda bildirilir.

Payet komandasının heyətində cari mövsümdə 22 oyuna 3 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol