Menu

Trampa qarşı petisiya milyon imza toplayıb!

30.01.2017, 13:53
Trampa qarşı petisiya milyon imza toplayıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərinə yol verilməməsini nəzərdə tutan petisiya artıq milyona yaxın imza toplayıb.

Petisiya Böyük Britaniyanın parlament saytında yerləşdirilib. Bu sənəd cəmi iki gün ərzində Britaniya tarixindəki ən rezonanslı petisiyaların siyahısında ikinci sıraya yüksəlib.

Sənədin müəllifləri hesab edirlər ki, Trampın qadınlara qarşı təhqiramiz və vülqar çıxışları onu kraliça ikinci Yelizaveta ilə görüşmək hüququndan məhrum edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol